"Mançester Yunayted" 5 futbolçusu ilə yollarını ayırdı
"Mançester Yunayteed" rəsmi olaraq 5 futbolçusunu satışa çıxardığını bildirib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" Kazemiro, Rafael Varan, Entoni Marsiyal, Donni Van De Bek və Ceydon Sanço ilə yolları ayrımaq qərarına gəliblər.
Klub rəsmiləri yeni heyət yaradaraq daha güclü komanda yaratmaq istədiklərini və futbolçular üçün gələn təklifləri qəbul edəcəklərini bildiriblər.
Qeyd edək ki, "Manşester Yunayted" rəhbərliyinin bu addımı azarkeşləri daha da qəzəbləndirib.