"Mançester Yunayted" "Barsa"dan Koutinyonu istəyir
"Mançester Yunayted" qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, "qırmızı şeytanlar" "Barselona"nın braziliyalı futbolçusu Filipe Koutinyoya "elçi düşüb".
"CoughtOffside"ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçinin keçidi üçün Premyer Liqa klubu, ən azı, 100 milyon funt-sterlinq ödəməlidir.
Qeyd edək ki, F.Koutinyo 2018-ci ildə "Liverpul"dan "Barselona"ya keçib. O, karyerasında "Vasqo da Qama", "İnter", "Espanyol" kimi klubların şərəfini qoruyub.