"Mançester Yunayted" "Bormunt"a 40 milyon avro təklif edib
"Mançester Yunayted" "Bormunt"un qanalı futbolçusu Antonio Semenyonu transfer etmək niyyətindədir.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Semenyo üçün "Bormunt"a 40 milyon avro təklif edib.
25 yaşlı yarımmüdafiəçi Mançester klubuna keçməyə müsbət yanaşır. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Semenyo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 9 qol və 6 məshuldar ötürmə müəllifi olub.
Onun "Bormunt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.