“Mançester Yunayted” brazilyalı futbolçu ilə görüşmələrə başlayıb

“Mançester Yunayted” “Vulverhempton”un brazilyalı futbolçusu Mateus Kunya ilə görüşmələr başlayıb.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, İngilərə klubu Kunya üçün “Vulverhempton”a 60 milyon avro ödəməyə hazırdır.

25 yaşlı hücumçunun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Kunya bu mövsüm çıxış etdiyi 29 matçda 15 qol və 4 asistlə yadda qalıb.