"Mançester Yunayted" bu futbolçu üçün 20 milyon avro tələb edir
"Mançester Yunayted" kamerunlu qapıçısı Andre Onana ilə bağlı qərar verib.
Sportline.az "Mirror Football" nəşrinə istinadən xəbər verir ki, Mançester klubunun rəhbərliyi 29 kiperi satmaq niyyətindədir.
Klub Onana üçün ən azı 20 milyon avro tələb edir. Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Onana 2023-cü ilin yayında "İnter"dən "Mançester Yunayted"ə 50.2 milyon avro qarşılığında transfer olmuşdu.