"Mançester Yunayted" bu futbolçuya görə 40 milyon avro ödəməyə hazırdır
"Mançester Yunayted" "Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimheni heyətinə qatmağı planlaşdırır.
Sportline.az jurnalist David MakDonnellin məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" bu keçid üçün "Napoli"yə 40 milyon avro ödəməyə hazırdır.
26 yaşlı forvardın İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 35 matçda 30 qol 7 asistlə yadda qalıb.