"Mançester Yunayted" "Çelsi"yə rəqib oldu

"Barselona"nın mövsümün sonunda İvan Rakitiçlə yolları ayıracağı ilə bağlı məlumatların yayılması Avropa nəhənglərini hərəkətə gətirib. SportLine.az xəbər verir ki, "Çelsi"nin ardınca, "Mançester Yunayted" də Xorvatiya millisinin üzvünü heyətində görmək istəyir. 

"Sport.es" saytının məlumatına görə, London klubu futbolçunun keçidi üçün 57 milyon funt-sterlinq xərcləməyə hazırdır. 

"Mançester Yunayted"in də yaxın günlərdə futbolçu ilə rəsmi danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin "Barselona" ilə 2021-ci ilədək müqaviləsi var. Kataloniya klubu cari mövsümün sonunda futbolçunu satacağını açıqlayıb.