“Mançester Yunayted” danimarkalı futbolçusunu satacaq
“Mançester Yunayted”in danimarkalı futbolçusu Rasmus Höylund mövsümün sonunda klubdan ayrılacaq
Sportline.az “Give Me Sport” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” Rasmusu satmaq qərarına gəlib.
İngiltərə klubu 22 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, Höylund bu mövsüm çıxış etdiyi 41 matçda 8 qol və 4 asistlə yadda qalıb.