"Mançester Yunayted" fransalı müdafiəçi ilə yeni müqavilə imzalayacaq

"Mançester Yunayted" klubu fransalı müdafiəçi Rafael Varanın meneceri ilə danışıqlara başlayıb. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar"ın rəsmiləri 30 yaşlı futbolçunun "Real Madrid"ə döncəyi barədə çıxan xəbərləri yalanlayıblar.

Rafael Varanın menceri də futbolçunun "Mançester Yunayted"də qalmaq istədiyini bildirib. 

Qeyd edək ki, fransalı müdafiəçi bu mövsüm çıxdığı 18 oyunda 1 qoll yadda qalıb.