"Mançester Yunayted" ingiltərəli futbolçusu ilə bağlı qərar verib
"Mançester Yunayted" ingiltərəli futbolçusu Kobi Meyno ilə bağlı qərar verib.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Meynoya yeni müqavilə təklif edib.
19 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Meyno bu mövsüm çıxış etdiyi 25 matçda 1 qol və 1 asistlə yadda qalıb.