"Mançester Yunayted" Onana ilə bağlı qərar verdi

"Mançester Yunayted" kamerunlu qapıçısı Andre Onana ilə bağlı qərar verdi.

Sportline.az "Transfers News Live" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Onana ilə yollarını ayıracaq.

Klub rəhbərliyi 29 yaşlı qolkiperin çıxışından narazıdır.

Qeyd edək ki, Onana 2023-cü ilin yayında "İnter"dən "Mançester Yunayted"ə 50.2 milyon avro qarşılığında transfer olmuşdu.

O bu mövsüm 43 rəsmi matçda iştirak edib və qapısında 56 top görüb.