"Mançester Yunayted" portuqaliyalı futbolçunun xidmətində maraqlıdır

"Mançester Yunayted" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu "Sportinq"in portuqaliyalı futbolçusu Qonçalo İnasionu heyətinə qatmaq niyyətindədir.

23 yaşlı futbolçunun transfer qiyməti 45 milyon avro olaraq təyin olunub. O cari mövsüm çıxış etdiyi 35 matçda 5 qol və 3 asistlə yadda qalıb.

Qeyd edək ki, İnasionun "Sportinq"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.