"Mançester Yunayted" qərarında qətidir

"Mançester Yunayted" ingiltərəli futbolçusu Markuş Reşfordla bağlı qərar verib.

Sportline.az "Men News Desk" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu mövsümün sonunda Reşfordu satacaq.

27 yaşlı hücumçu hazır da "Aston Villa" klubunda icarə əsasında çıxış edir.

Qeyd edək ki, "Mançester Yunayted" Reşfordu 60 milyon avro qarşılığında satmağa hazırdır.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 9 qol və 7 asistlə yadda qalıb.