"Mançester Yunayted" Rakitiçlə danışıqlara başlayır

Mövsümün sonunda "Barselona"dan ayrılacaq İvan Rakitiç karyerasını İngiltərədə davam etdirə bilər. SportLine.az xəbər verir ki, "Mançester Yunayted" yarımmüdafiəçinin xidmətində maraqlıdır.

"Mail"in məlumatına görə, "qırmızı şeytanlar" bir müddətdir 30 yaşlı futbolçunu izləyirlər. Klubun Xorvatiya millisinin üzvü ilə yaxın vaxtlarda danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, İ.Rakitiç 2014-cü ildən "Barselona"nın şərəfini qoruyur.