"Mançester Yunayted" və "Çelsi" ingiltərəli futbolçu üçün yarışa girib
"İpsviç"in ingiltərəli futbolçusu Liam Delap mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "Tuttosport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" L.Delapı transfer etmək istəyən klubların siyahısında yer alır.
22 yaşlı futbolçunun "İpsviç"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Liam Delap bu mövsüm çıxış etdiyi 35 matçda rəqib qapılarından 12 top keçirib.