"Mançester Yunayted"dən 38.5 milyon avroluq transfer
"Mançester Yunayted" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az jurnalist Sezar Luis Merlonun məlumatına istinadən xəbər verir ki, "River Pleyt"in argentinalı futbolçusu Franko Mastantuono "Mançester Yunayted"in transfer hədəfinə çevrilib.
Frankonun sərbəst qalma məbləği 38.5 milyon avro olaraq təyin olunub. İngiltərə klubunun rəhbərliyi bu məbləği "River Pleyt"ə ödəməyə hazırdır.
Qeyd edək ki, 17 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 11 matçda 3 qol 2 asistlə yadda qalıb. Onun Argentina klubu ilə müqaviləsi 2026-cı ilin dekabr ayına qədər nəzərdə tutulub.