"Mançester Yunayted"dən 62.5 milyon avroluq transfer
"Mançester Yunayted" "Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunya üçün rəsmi təklif göndərib.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, Mançester klubu bu keçid üçün qarşı tərəfə 62.5 milyon avro ödəyəcək.
25 yaşlı forvardın "Vulverhempton"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kunya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 16 qol 4 asistlə yadda qalıb.