"Mançester Yunayted"in gözü "Braqa"nın futbolçusuna düşüb
"Mançester Yunayted"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az "O Jogo" nəşrinə istinadən xəbər verir ki, "Braqa"nın 19 yaşlı futbolçusu Roger Fernandes "Mançester Yunayted"in maraq dairəsindədir.
İngiltərə klubu mövsümün sonunda Roger üçün "Braqa"ya rəsmi təklif göndərəcək.
Qeyd edək ki, portuqaliyalı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 15 milyon avrodur.
O bu mövsüm "Braqa"nın heyətində çıxış etdiyi 44 matçda 5 qol və 5 asistlə yadda qalıb.