"Mançester Yunayted"in gözü o futbolçunun üzərindədir
"Mançester Yunayted" "Sounthempton"un ingiltərəli futbolçusu Tayler Diblinqi transfer etmək üçün hərəkətə keçib.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" Diblinq üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
19 yaşlı futbolçunun "Sounthempton"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Diblinq cari mövsüm çıxış etdiyi 33 matçda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.