"Mançester Yunayted"in hücumçusu Fransa liqasında oynamaq istəyir
"Mançester Yunayted" klubunun təcrübəli hücumçusu Entoni Marsiyal Fransa klubuna transfer oluna bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 28 yaşlı futbolçu "Marsel" klubunda çıxış etmək istədiyini bildirib.
"Qırmızı-şeytanlar"dan ayırlmaq istəyən futbolçu karyerasını Fransa liqasında davam etdirmək istədiyini deyib.
Qeyd edək ki, Entoni Marsiyal bu mövsüm çıxdığı 19 matçda 2 qol 2 asistlə yadda qalıb.