"Mançester Yunayted"in keçmiş futbolçusu Erik Ten Haqı tənqi edib

"Mançester Yunayted"in keçmiş futbolçusu Qari Nevill Erik Ten Haqı tənqid atəşinə tutub. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, hazırda futbol mütəxəssisi olaraq çalışan Qari Nevill açıqlamsında :"Erik Ten Haq tez bir zamanda komandanı toparlamaq barədə düşünməlidir. "Mançester Yunayted" özünə məxsus olmayan futbol oynayır və azarkeşlərin etimadını doğrulda bilmir",-deyib. 

Qeyd edək ki, Erik Ten Haqın komandası son 5 oyunda cəmi 1 dəfə qələbə qazanıb.