"Mançester Yunayted" Kunyanın sərbəst qalma məbləğini ödəməyə hazırdır

"Mançester Yunayted" "Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunyanı transfer etmək istəyir.

Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, Kunyanın sərbəst qalma məbləği 62.5 milyon avro olaraq təyin olunub.

"Mançester Yunayted" bu məbləği "Vulverhempton"a ödəməyə hazırdır.

Qeyd edək ki, Kunya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 15 qol və 4 asistlə yadda qalıb.