"Mançester Yunayted"in sabiq futbolçusu Qırğızıstan klubunda
Ötən illərin məşhur futbolçularından olan Andrey Kançelskis məşqçilik karyerasını Qırğızıstanda davam etdirəcək.
Sportline.az xəbər verir ki, ukraynalı mütəxəssis "Muras Yunayted"in sükanı arxasında olacaq.
Sport-express nəşrinin yaydığı məlumata görə, 54 yaşlı mütəxəssis klub rəhbərliyi ilə razılığa gəlib.
Onunla 2024-cü ilin sonunadək müqavilə bağlanacaq.
Qeyd edək ki, postsovet məkanının məşhur futbolçularından sayılan Kançelskis 1991-95-ci illərdə "Mançester Yunayted"in formasını geyinib.