Mandzukiçdən "Yuventus" azarkeşlərinə şad xəbər

Xorvatiyalı hücumçu Mario Mandzukiç "Yuventus"la müqaviləsinin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, "Qoca Sinyora"nın 32 yaşlı hücumçusu 2021-ci ilin iyununa kimi komandada qalacaq.

Qeyd edək ki, Mario Mandzukiç 4 ildir ki, "Yuventus"un şərəfini qoruyur.  2015-ci ildə "Atletiko"dan transfer olunan xorvatiyalı 159 oyunda 43 qolla yadda qalıb.