Manqala "Valensiya"ya keçdi

"Valensiya" "Mançester Siti"nin futbolçusu  Eliakim Manqalanı transfer edib.

Sportline.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. İngiltərə təmsilçisi ilə 1 illik müqaviləsi qalan fransalı oyunçunun təzminat qiyməti barədə məlumat verilməyib.

Britaniya mətbuatı "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın Manqalanı heyətdə düşünmədiyi üçün oyunçunun transferindən pul alınmadığını yazıb.

Qeyd edək ki, Manqala 2014-cü ildə "Portu"dan 45 milyon avroya İngiltərə klubuna transfer olunmuşdu.