Marko Roys komandadan ayrılır
"Borussiya Dortmund"un aparıcı üzvü Marko Roys komandadan ayrılmaq istədiyini bildirib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 34 yaşlı təcrübəli futbolçu mövsüm sonunda Almaniya klubu ilə yeni müqavilə imzalacamayacağını deyib.
"Sarı-qaralar"da 12 il çıxış edən Marko Roys 410 matçda 167 qol, 124 asistlə yadda qalıb.
Qeyd edək ki, Almaniyanın "Borussiya Munxenqladbax" klubu Marko Roys üçün təklif göndərib.