Markus Alonso "Barselona"dan ayırlır
"Barselona"nın 32 yaşlı sol cinah müdafiəçisi Markus Alonso komandadan ayrılacaq.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "kataloniyalılar"ın təcrübəli müdafiəçisi mövsüm sonunda komandanı tərk edəcək.
Baş məşqçi Xavi Alonso futbolçu ilə danışıb və özünə yeni komanda tapmasını istəyib.
Qeyd edək ki, Markus Alonso üçün Səudiyyə Ərəbistanı klublarının təklif göndərdiyi bildirilib.