Martines "İnter"də qalır

Lautaro Martineznin "İnter"də qalması böyük ölçüdə həll edilib.

Sportline.az xəbər verir ki, bu barədə "İnter"in baş direktoru Cüzeppe Marotta jurnalist Fabrizio Romanoya danışıb.

"Lautaro Martinezin yeni müqaviləsi heç bir sual doğurmur - o, uzun illər bizimlə qalmaq istədiyini də dəfələrlə bildirib. Biz eyni düşünürük, birlikdə davam etmək istəyirik, ona görə də danışıqlar asan olacaq”, – deyə Marotta bildirib.

Qeyd edək ki, argentinalı futbolçu cari mövsüm 16 oyunda 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.