MBA-da daha 10 oyun

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, azarkeşlər növbəti gün daha 10 oyuna şahidlik ediblər.

Gərgin mübarizə ilə yadda qalan "Hyuston Rokets" - "Los Anceles Leykers" duelində qalib əlavə vaxtda müəyyənləşib. Overtaymda daha yaxşı çıxış edən Hyuston basketbolçuları qələbəni bayram ediblər.

"Milouki Baks", "Denver Naqqets", "Boston Seltiks" və "Toronto Reptors" da azarkeşlərini sevindirib.

Nəticələri diqqətinizə çatdırırıq:

"Filadelfiya Sevinti-siksers" - "Oklahoma Siti Tander" - 115:117

"Şarlott Hornets" - "Feniks Sans" - 135:115

"Detroyt Pistons" - "Sakramento Kinqs" - 101:103

"İndiana Peysers" - "Dallas Maveriks" - 111:99

"Orlando Məcik" - "Milouki Baks" - 108:118

"Atlanta Houks" - "Boston Seltiks" - 105:113

"Toronto Reptors" - "Memfis Qrizzlis" - 119:90

"Çikaqo Bulls" - "Mayami Hit" - 103:117

"Hyuston Rokets" - "Los Anceles Leykers" - 138:134 (overtaym)

"Denver Naqqets" - "Klivlend Kavaliers" - 124:102