MBA-da günün icmalı

Amerika Milli Basketbol Assosiasiyasında ¼ final görüşləri davam edir.

 

Sportline.az xəbər verir ki, Miluoki şəhərinin “Fayserv Forum” arenasında yerli “Baks” klubu “Boston Seltiks”i qəbul edib. 1-ci hissə qonaqların xeyrinə başa çatıb. 30-25. Növbəti periodda Miluoki komandası hesabda irəli keçməyə nail olub. 59-55.

Böyük fasilədən sonra “Baks” fərqi bir qədər də artırıb. Sona qədər təşəbbüsü əldən verməyən Miluoki təmsilçisi qarşılaşmada 123-102 hesablı qələbə qazanıb. Komandanın uğurunda 29 xalla Yannis Adetokunbo önəmli rol oynayıb. Qeyd edək ki, hazırda “Miluoki Baks” və “Boston Seltiks” arasında seriyada hesab bərabərdir. 1-1. Komandaların növbəti görüşü Bostonda keçiriləcək.

Digər oyun isə Oklenddə “Qolden Steyt Uorriorz” və “Hyuston Rokets” arasında olub. 1-ci hissədə 29-20 hesabı ilə üstün olan “Uorriorz” 2-ci hissədə fərqin azalmasına imkan verməyib. 3-cü və 4-cü periodda da “Rokets” dönüş edə bilməyib. 115-109 hesabı ilə qalib gələn “Qolden Steyt Uorriorz” həm də seriyada hesabı 2-0 edib. Seriyanın 3-cü görüşü Hyustonda olacaq.