MBA-da günün nəticələri

Amerika Milli Basketbol Assosiasiyasının 1/8 final mərhələsində növbəti oyunlar olub.
 

Sportline.az xəbər verir ki, “Skotibank” arenada “Toronto Reptors” komandası “Orlando Məcik”lə  üz-üzə gəlib. Oyuna daha yaxşı başlayan meydan sahibləri böyük fasiləyə 67:47 hesabı ilə öndə yollanıblar. 3-cü periodda 32:23 hesabı ilə  üstün olan Toronto basketbolçuları xal ehtiyatlarını bir qədər də artırıblar. Sonuncu hissədə 26:16 hesabı ilə “Məcik” klubu irəli keçsə də, ümumi hesabda məğlubiyyətdən xilas ola bilməyib. Yekunda  115:96 hesablı qələbə qazanan  “Reptors” ¼ finalda iştirak hüququ qazanıb.

Daha bir oyunda “Filadelfiya Seventi Siksers və “Bruklin Nets” komandaları üz-üzə gəliblər.Görüş ərəfəsində seriyada  3:1 hesabı ilə irəlidə olan meydan sahibləri bu oyunda qələbə qazanacağı halda növbəti mərhələyə keçirdi. ”Seventi Siksers” komandası azarkeşlərin ümidlərini doğruldub. Belə ki, görüş ərzində üstünlüyü ilə seçilən Filadelfiya basketbolçuarı 122:100 hesabı ilə qələbə qazanaraq ¼ finala yüksəliblər.

Əlavə edək ki, doğma meydanda “Oklahama Siti Tander”ə 118:115 hesabı ilə qalib gələn “Portlent Treyl Bleyzers” də növbəti mərhələyə keçib.

Daha bir oyunda isə "Denver Naqqets" "San-Antonio Spörs"ü 108:90 hesabıyla məğlub edib.