MBA-da növbəti 1/4 finalçı müəyyənləşdi

Milli Basketbol Assosasiyasında 1/8 finalın növbəti oyunları olub.

Sportline.az xəbər verir ki, “Miluoki Baks”la “Detroyt Pistons” komandaları arasında seriyanın 4-cü görüşü keçirilib. Bunan əvvəlki 3 qarşılaşmada “Baks” qələbə qazanıb. Budəfəki oyunun birinci və 2ci periodu “Pistons”un qələbəsilə yekunlaşıb – 62:56. Amma sonrakı hissələrdə Miluoki komandası təşəbbüsə yiyələnib. Xal fərqini getdikcə artıran “Baks” 127:104  hesabı ilə qalib gəlib. Bununla Miluoke basketbolçuları seriyada 4:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəliblər.

Daha bir oyunda isə “Yuta Cazz” “Hyuston Rokets”i qəbul edib. Görüş ərəfəsində “Rokets”  seriyada 3:0 hesabı ilə irəlidə idi. “Yuta Jazz" növbəti oyunun böyük fasiləsinə üstün yollanıb – 53:47. 3cü və 4cü hissədə də xal fərqini qoruyan “Cazz” 107:91 hesablı qələbə qazanaraq seriyada fərqi azaldıb – 1:3. Bu komandaların növbəti görüşü aprelin 25-də Hyustonda olacaq.