Mbappe PSJ ilə bağlı qərar verdi

Kilian Mbappe PSJ ilə müqavilə imzalamağa hazır olduğunu bildirib.

Sportline.az AS nəşrinə istinadla xəbər verir ki, ulduz forvard bunu bir şərtlə edəcəyini vurğulayıb.

Söhbət uzunmüddətli anlaşmadan gedir.

Mbappe klubla yalnız bu şərt müqabilində yola davam etməyi planlaşdırır.

Qeyd edək ki, 2024-cü ildə parislilərlə müqaviləsi bitəcək Mbappenin klubla anlaşa bilməsə "Real"ın təklifini dəyərləndirəcəyi gözlənilir.