Mbappe şou...
PSJ səfərdə "Brest"ə 3:2 hesabı ilə qalib gəlib.
Sportline.az xəbər verir ki, parislilərdən Kilian Mbappe dubla imza atıb. Ulduz futbolçu 28 və 89-cu dəqiqələrdə fərqlənib. PSJ-nin daha bir qolunu 12-ci dəqiqədə hesabı açan Uorren Zair-Emeri vurub.
"Brest"dən Stiv Munye (43-cü dəqiqə) və Ceremi Le Doyron (52-ci dəqiqə) fərqlənib.
21 xalı olan PSJ ikinci pilləyə yüksəlib.