Mbappe uşaqlıqda bu klubun fanatı olub

Kilian Mbappenin uşaqlıqda hansı kluba azrkeşlik etdiyi məlum olub.

Sportline.az xəbər verir ki, bu haqda ulduz futbolçunun anası Fayza Lamari məlumat verib.

O, La Gazzetta dello Sport nəşrinə açıqlamasında "Evdə o, ancaq "Milan"dan danışardı. Onlar uduzanda Kilian televizorun idarəedicisini tullayaraq italyan dilində söyüşlər söyərdi", - deyib. 

Qeyd edək ki, 2018-ci ildən PSJ-nin formasını geyinən forvardın gələn mövsümdən "Real"a keçəcəyi gözlənilir.