Mbappedən "Real" iddialarına cavab: "Onları tamaşaçı kimi izləyəcəm"
Fransa 1-ci Liqasında çempionluğu təmin edən "Pari Sen-Jermen"in hücumçusu Kylian Mbappe "Real" iddialarına cavab verib.
Sportline.az xəbər verir ki, fransalı hücumçunun açıqlaması "Real" azarkeşlərini məyus edib: "Mən öz klubumdakı layihənin bir parçasıyam. Zinəddin Zidanın "Real"a qayıtmağı çox gözəl oldu. Ancaq onları tamaşaçı kimi izləyəcəm".
"Monako" ilə görüşdə het-trik edərək qollarının sayını 30-a yüksəldən Mbappe bu barədə də təəssüratlarını bölüşüb: "Sonuncu dəfə 30 qol həddinə çatan Jan-Pyer Papen (1989-1990-cı il mövsümündə) olmuşdu. Çox xoşbəxtəm, amma mövsüm bitməyib. Daha çox qol vura bilərəm".