"Mən hamı kimi deyiləm"
Kriştiano Ronaldo hazırkı durumundan danışıb.
Sprotline.az Səudiyyə mətbuatına istinadla xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu yüksək səviyyədə çıxışının səbəbini komandasına görür.
“Əlbəttə, qol vurmaqdan və yaxşı oynamaqdan məmnun deyiləm desəm, yalan olar. Amma mən hamı kimi deyiləm. Mən başqalarından fərqlənirəm, ona görə də oynamağa davam edirəm və bunu ləyaqətlə edirəm. Yalnız komanda yoldaşlarımın və məşqçilərimin köməyi sayəsində yüksək səviyyədə çıxış edirəm" - deyə Ronaldo bildirib.