Mərakeş Futbol Federasiyasından FİFA-ya şikayət
Mərakeş Futbol Federasiyası DÇ-2022-nin yarımfinalında Fransa ilə keçirilən oyunun hakimliyindən FİFA-ya şikayət edib.
Sportline.az xəbər verir ki, barədə “Foot Mercato” məlumat yayıb.
Mənbənin məlumatına görə, federasiya Fransanın cərimə meydançasında rəqibin müdafiəçi Teo Ernandesin mərakeşli hücumçu Sofian Bufalla toqquşduğu epizodda hakimin verdiyi qərardan narazıdır. Onlar Hernandesin cəzalandırılmalı olduğunu düşünürlər. Bu epizoddan sonra isə fransızlar hücuma keçiblər və Teo Hernandes Mərakeşin qapısına qol vurub.
Qeyd edək ki, Fransanın 2:0 hesablı qələbəsi ilə başa çatan matçı meksikalı Sezar Ramos idarə edib.