Məşhur braziliyalı Juninyonun komanda yoldaşı olacaq
"Qarabağ"dan Juninyonu transfer edən "Flaminqo" heyəti gücləndirməkdə davam edir.
Sportline.az xəbər verir ki, Braziliya nəhəngi "Mançester Yunayted"in futbolçusu Kazemironun ovuna çıxıb.
Jurnalist Jorje Nikolanın X sosial şəbəkəsində paylaşdığı məlumata görə, təcrübəli yarımmüdafiəçi icarə əsasında bu klubun formasını geyinəcək.
Qeyd edək ki, 32 yaşlı Kazemiro cari mövsümdə iştirak etdiyi 24 oyunda 3 qolla yadda qalıb.