Məşhur futbolçu Formula komandası yaradır

"Real"ın qapıçısı Tibo Kurtua İspaniya Formula-4 yarışında iştirak üçün komanda yaratmağa hazırlaşır.

Sportline.az AS nəşrinə istinadla xəbər verir ki, bu işdə ona "Marussia"nın sabiq pilotu Roberto Meri yardımçı olacaq.

Tibo Formula 1-in böyük həvəskarlarından sayılır.

Dəfələrlə Qran-priləri yaxından izləyən belçikalı futbolçu kiberidman yürüşlərində də qüvvəsini sınayıb.