Məşhur futbolçu klub sahibi oldu

Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubunun hücumçusu Sadio Mane Fransanın 4-cü liqasında çıxış edən “Bourqes 18”in sahibi olub.

Sportline.az Goal.com.tr-yə istinadla xəbər verir ki, bu barədə sözügedən klub rəsmi feysbuk hesabında paylaşım edib.

Təcrübəli futbolçunun bu addımı Fransa mediasında gündəmə düşüb.

Qeyd edək ki, Sadio Mane bundan öncə Vətəni Seneqalda da futbol klubunun sahibi olmuşdu.