Məşhur futbolçunun evinə oğrular girib
Sankt-Peterburq "Zenit"inin sabiq müdafiəçisi, hazırda Fransanın "Lion" klubunun formasını geyinən Deyan Lovrenin evində soyğunçuluq cəhdi qeydə alınıb.
Sportline.az Sport nəşrinə istinadla xəbər verir ki, oğrular "Lion" - "Klermon" matçı zamanı (1:2) Lovrenin evini qarət etmək istəyiblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb, vəziyyət nəzarətə götürülüb.
Xatırladaq ki, Lovren 2022/2023 mövsümündə "Lion"a transfer olunan futbolçu komandanın iki oyununda meydana çıxıb.