Məşhur idmançı koronavirusa yoluxdu

"Formula 1" üzrə dünya çempionu, "Mercedes" pilotu Lüis Hemilton koronavirusa yoluxub.

Sportline.az yarışın rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, 35 yaşlı sürücünün testi müsbət nəticələnib.

Hemilton bu səbəbdən həftəsonu keçiriləcək Bəhreyndə Qran-prisində iştirak etməyəcək.

Qeyd edək ki, Lüis Hemilton idmanın bu növü üzrə 7 qat dünya çempionudur.