Məşhur mütəxəssis istefaya göndərildi
"Əl-İttihad" baş məşqçi Nunu Eşpiritu Santu ilə yolları ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onu müvəqqəti olaraq Santunun köməkçisi Hassan Xalifa əvəz edəcək.
49 yaşlı portuqaliyalı mütəxəssis Asiya Çempionlar Liqasında İraqın "Əl-Kuvə" komandasına 0-2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
Ümumiyyətlə işləri qaydasında getməyən "Əl-İttihad" Səudiyyə Ərəbistanı çempionatında son 5 oyunda qələbə qazana bilmir. 6-cı pillədə olan komanda lider "Əl-Hilal"dan 11 xal geri qalır.
Qeyd edək ki, Kərim Benzema və Nqola Kante kimi futbolçular bu komandanın formasını geyinir.