Məşhur pilotlar əfsanəvi Niki Lauda haqqında
Məşhur Formula-1 pilotları mətbuat konfransında bir neçə gün əvvəl vəfat edən əfsanəvi pilot Niki Laudanı yad ediblər.
Sportline.az sürücülərin fikirlərini təqim edir:
Valtteri Bottas, (“Mercedes”): “Həftəyə ağır xəbərlə başladıq. O, “Mercedes” ailəsinin yaşlı üzvlərindən biri idi. Lauda mənim üçün də, hamı üçün də əsl motivasiya mənbəyi idi. Onun çox ağır karyerası olub. Qələbələri, geridönüşləri hələ də danışılır. Onunla xoş xatirələrimi unutmayacağam”.
Robert Kubitsa (“Vilyams”): “Niki Lauda həm insan, həm də sürücü kimi bu idman növündə tarix yazıb. Onunla çalışmaq imkanım olmayıb. Bunun üçün çox təssüflənirəm. Amma, o, mükəmməl insan olub. Lauda üçün çox darıxacağıq”.
Maks Ferstappen, (“Red Bull”): “Onun ölüm xəbəri məni çox kədərləndirdi. Laudanın karyerasına baxanda insanda motivasiya yaranır. O, əla sürücü olmaqla yanaşı, həmçinin şən insan idi. Formula 1 dünyası üçün çox böyük itkidir. Bütün dualarımız onun ailəsilədir”.
Qeyd edək ki, mayın 20-də vəfat edən Niki Lauda 1975, 1977 və 1984-cü illərdə Formula 1 üzrə dünya çempionu olub.