Məşhur portuqaliyalı futbolçu karyerasını başa vurdu
Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Luiş Nani karyerasını başa vurub.
Sportline.az xəbər verir ki, bu barədə 38 yaşlı sabiq futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
“Vidalaşmağın vaxtı gəldi, peşəkar futbolçu karyeramı bitirdim. Bu, heyrətamiz bir səyahət idi. 20 ildən çox davam edən karyeramın eniş-yoxuşlarında mənə kömək edən və dəstək olan hər kəsə təşəkkür edirəm", - deyə o bildirib.
Qeyd edək ki, Nani karyerasına ölkəsinin “Sportinq” klububda başlayıb, Daha sonra “Mançester Yunayted”ə transfer olunub. O, həmçinin "Fənərbağça" (Türkiyə), "Valensiya" (İspaniya), "Latsio" (İtaliya) və "Adana Dəmirspor" (Türkiyə) klublarında çıxış edib. Nani 2016-cı ildə Avropa çempionu olduğu Portuqaliya millisində 112 oyun keçirib.