Məşhur UFC döyüşçüsü Ronaldo ilə görüşdü
Məşhur UFC döyüşçüsü Frensis Nqannu “Əl-Nəsr”in oyununa qatılıb.
Sportline.az xəbər verir ki, britaniyalı Tayson Fyuri ilə döyüşdən əvvəl Nqannu Səudiyyə Ərəbistanı klubunun şərəfini qoruyan Kriştiano Ronaldo ilə görüşüb.
O X sosial şəbəkə hesabında belə qeyd edib: “Bu həftə səni görmək çox xoş oldu, qardaş. Məni və ailəmi “Əl-Nəsr”in oyununa dəvət etdiyiniz üçün təşəkkür edirəm. Şənbə günü görüşənədək”.
Qeyd edək ki, Fyuri və Nqannu oktyabrın 28-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində duelə çıxacaqlar. Boks döyüşü 10 raunddan ibarət olacaq.