Messi: "Benzema "Qızıl top"a layiqdir"
Kərim Benzemanın ötən il qazandığı "Qızıl top" mükafatı barədə sənədli film çəkilib.
Sportline.az "L'Equipe"ə istinadla xəbər verir ki, ekran əsərində Lionel Messinin açıqlaması da yer alıb.
Messi filmdə “Benzema həqiqətən keçirdiyi əla mövsümə və bütün karyerasına görə "Qızıl top"a layiqdir. O, əla oyunçudur. Bu mükafat həm onun üçün, həm də futbol üçün vacibdir” deyib.