Messi: Hər şeyi qazandım, hər şeyə nail oldum"

Argentinalı superulduz Leo Messi gələcək karyerası haqqında danışdı.

Sportline.az "Simplemente Futbol"a istinadən xəbər verir ki, 2022-ci ildə dünya çempionu olmuş Leonel Messi gələcək karyerası haqqında söz açıb.

”Artıq heç nə istəyə bilmərəm. Dünya Kubokunu əldən verirdim. Hər şeyi qazandım, hər şeyə nail oldum".

Bu il 2026-cı il Dünya çempionatı ilə bağlı qərarımı görmək üçün açar il olacaq. Əgər iştirak etməyi düşünmürəm desəm, yalan demiş olaram”.