Messi istirahət günündə də bazada qaldı
Argentina millisinin üzvü Lionel Messi istirahət günü olmasına baxmayaraq, yığmanın düşərgəsində qalıb.
Sportline.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Argentina millisinin baş məşqçi Lionel Skaloni DÇ-2022-nin yarımfinalında Xorvatiyaya qalib gəlmələrindən sonra (3:0) dünən futbolçulara bir günlük istirahət verib. Futbolçuların əksəriyyəti milli komandadan kənarda ailələri və dostları ilə vaxt keçirib. Lakin Messi Argentina yığmasının bazasında qalmağa üstünlük verib və orada ailəsi ilə görüşüb.
Xatırladaq ki, Messi DÇ-2022-də 6 oyun keçirib, 5 qol vurub və 3 qolun ötürməsini verib.
Qeyd edək ki, Argentina DÇ-2022-nin yarımfinalında Xorvatiyaya qalib gələrək (3:0) finala adlayıb. Komanda həlledici matçda Fransa ilə üz-üzə gələcək. Dekabrın 18-i "Lusail" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.